Ərdoğanla Ruhani arasında telefon danışığı olub

3-12-2020, 22:24

Ərdoğanla Ruhani arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İran Prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.
Prezidentlər ikitərəfli münasibətlər və regional prosesləri müzakirə ediblər.
Ərdoğan terror nəticəsində qətlə yetirilən İranlı alim Möhsün Fəxrizadənin ölümündən təəssüfləndiyini bildirib. İran xalqına, eləcə də mərhumun ailəsinə başsağlığı verib.
Telefon söhbətində Ərdoğan Qarabağ məsələsinə də toxunaraq deyib ki, region yeni bir mərhələyə qədəm qoyub:
“Bu mərhələdə Azərbaycanın ərazi bütövlüyü və iqtidarına kölgə sala biləcək hər cür vasitələrdən kənar durmaq vacibdir. Regionda daimi sülh və sabitlik üçün yeni fürsət pəncərələri açılmaqdadır, bu fürsət Ermənistan daxil, bütün region ölkələri üçün əlverişli olacaq”.




Facebook'da Paylaş