Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Türkiyə mətbuatı xəbər verir ki, görüşdə əsasən Şərqi Aralıq dənizində yaranan gərginlik və ikitərəfli əlaqələri müzakirə edilib.
Ərdoğan müzakirə zamanı Şərqi Aralıq dənizində Türkiyənin və Kipr türklərinin haklarının yox sayılmasına işarə edərək, Fransanın Yunanıstan v Kiprin bölgədə gginrginliyi artırma çabalarını dəstəkləməsinə anlam verə bilmədiyini vurğulayıb.
Türkiyənin kimsənin haqqında gözü olmadığını, ancaq öz haklarını da kimsəyə yedirməyəcəyini vurğulayan Ərdoğan, hər zaman olduğu kimi, bu gün də problemləri dialoq və danışıqlarla həll etməyə çalışdıqlarını deyib.
Ərdoğan gərginliyi düşürmək üçün diplomatik fürsətlərin dəyərləndirilməsinin və burada Fransanın sağlam mövqe tutmasının vacibliyini qabardaraq, Türkiyə-Fransa arasında məsləhətləşmə və əlaqələrin davamlı aktiv halda saxlanılmasının proseslərə faydalı olacağını da sözlərinə əlavə edib.