Putin və Ərdoğan Cənubi Qafqazda vəziyyəti müzakirə edəcəklər

28-09-2021, 13:34

Putin və Ərdoğan Cənubi Qafqazda vəziyyəti müzakirə edəcəklər

Sentyabrın 29-da Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin görüş zamanı ticari-iqtisadi tərəfdaşlıq məsələlərini, Suriya, Livan, Əfqanıstan və Cənubi Qafqazda vəziyyəti müzakirə edəcəklər.

Ordum.az-ın məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti bildirib.

Liderlər bir sıra aktual beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparacaqlar.

Qeyd edək ki, R.T.Ərdoğan sentyabrın 29-da Rusiyaya səfər edəcək. İki ölkə prezidenti arasında görüş Soçi şəhərində keçiriləcək.




Facebook'da Paylaş