Rusiya prezidenti Vladimir Putin Qarabağ münaqişəsinin həlli ilə bağlı növbəti addımların atılacağını deyib.
O, bu barədə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla görüşdə deyib.
"Münaqişənin həlli ilə bağlı növbəti addımları: sülhməramlılar və sərhədlərin demarkasiyasını müzakirə etməliyik".
Rusiya prezidenti Azərbaycan və Ermənistan rəhbərlərinə Moskvada görüş keçirməyə razı olduqları üçün təşəkkür edib. O hər iki ölkə ilə əməkdaşlıq və mehriban qonşuluq siyasətinə önəm verdiyini əlavə edib.
"Qarabağla bağlı razılaşmalar ardıcıllıqla icra olunur. Münaqişənin hərtərəfli həlli üçün əlverişli şərait yaranıb".
Rusiya lideri Qarabağdakı vəziyyəti sabit qiymətləndirib.
Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Moskva görüşü başlayıb.
Görüş bağlı qapılar arxasında keçirilir.
Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan arasında görüşdən sonra danışıqların nəticəsi olaraq press-reliz yayımlanacaq.