Xəzəryanı ölkə liderləri bəyanat verdilər - FOTO

12-08-2018, 16:32




Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında sənədlərin imzalanması mərasimindən sonra prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər.

Qazaxıstan PrezidentNursultan Nazarbayev Zirvə toplantısında imzalanan Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı və digər sənədləri yüksək qiymətləndirdiyini vurğulayıb.

Azərbaycan Respublikasının Prezidentİlham Əliyev Zirvə toplantısında bəyanatla çıxış edib. Sonra dövlət başçıları birgə foto çəkdiriblər. Bununla da Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısı başa çatıb.






Facebook'da Paylaş