Cənubi Çin dənizində ABŞ donanmasına məxsus sualtı gəminin qəzaya uğraması səbəbləri açıqlanıb

2-11-2021, 10:47

Cənubi Çin dənizində ABŞ donanmasına məxsus sualtı gəminin qəzaya uğraması səbəbləri açıqlanıb

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Connecticut” nüvə enerjisi ilə işləyən sualtı qayığı ilə baş verən insidentin təhqiqatı başa çatıb.

Ordum.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Yeddinci Donanmanın rəsmi nümayəndəsi Heyli Sims məlumat yayıb.


Sualtı qayığın Cənubi Çin dənizinin sularında toqquşduğu obyektin sualtı dağ olduğu ortaya çıxıb.

Hərbçilər daha əvvəl bildirmişdilər ki, hadisə oktyabrın 2-də “Connecticut” zərbə atom qayığında olub, nüvə qurğusuna ziyan dəyməyib. Hadisə zamanı 11 dənizçi yaralanıb.

Sims qeyd edib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin Yeddinci Donanmasının komandanlığı sonrakı hərəkətlərin qaydasını müəyyən edəcək. Onun sözlərinə görə, cinayəti törədənləri məsuliyyətə cəlb etmək mümkündür




Facebook'da Paylaş