Britaniya HDQ-yə yeni nüvə enerjisi ilə işləyən sualtı gəmi təhvil veriləcək

24-09-2021, 18:44

Britaniya HDQ-yə yeni nüvə enerjisi ilə işləyən sualtı gəmi təhvil veriləcək


Britaniya Hərbi Dəniz Qüvvələrinə (HDQ) “Astute” sinfinə məxsus yeni nüvə enerjisi ilə işləyən sualtı qayıq təhvil veriləcək.

Ordum.az xəbər verir ki, bu barədə “Ukdefencejournal” nəşri yazıb.

“HMS Audacious” adlanan sualtı qayıq yaxın günlərdə Britaniya donanmasının arsenalına daxil olacaq.

Gəmi “BAE Systems” şirkəti tərəfindən donanma üçün inşa edilən “Astute” sinifli yeddi sualtı gəminin dördüncüsüdür.

Bu ilin əvvəlindəki sınaqlar zamanı “Audacious” Baham adaları yaxınlığında təkmilləşdirilmiş “Spearfish” torpedosunu atəşə tutub




Facebook'da Paylaş