Bənzər yazılar

Afina təşvişə düşərək Almaniyadan 214 tipli sualtı gəmilərin Türkiyəyə satışını dayandırmağı tələb edir.
Bunu Yunanıstan xarici işlər naziri Nikos Dendias deyib.
“Yunanıstanda bu tip sualtı gəmilərdən 4 ədəd mövcuddur. Bunun sayəsində Aralıq dənizinin cənub-şərq hissəsində və Egeydə üstünlük bizdədir. Əgər bu gəmilər Türkiyəyə verilərsə, o zaman tarazlıq bizim üçün mənfi şəkildə pozulacaq”, - nazir bildirib.
Qeyd edək ki, Ankara Berlindən 6 ədəd 214 tipli sualtı gəmi sifariş edib.

