NATO Qarabağa girə bilər???

22-09-2020, 09:45

Türkiyənin bəyanatında şok mesaj: NATO Qarabağa girə bilər



Türkiyə hər zaman Azərbaycanın yanında olub. Türkiyə Xarici İşlər Nazirliyinin son bəyanatı bunu bir daha sübut edir.
Bu sözləri  Axar.az -a sabiq Xarici İşlər naziri, politoloq  Tofiq Zülfüqarov  Türkiyə Xarici İşlər Nazirliyinin son bəyanatını şərh edərkən deyib.
Politoloq qeyd edib ki, Türkiyə XİN-in son bəyanatında iki önəmli məqam var:
“Rəsmi Ankara bəyanatında açıq şəkildə bəyan edir ki, Azərbaycana qarşı hər hansı təcavüz Türkiyəyə qarşı təcavüzkimi qəbul olunur. Bu, olduqca vacib bir məqamdır. Belə ki, Türkiyə NATO ölkəsidir. NATO-nun nizamnaməsinə görə, üzv ölkələrdən hər hansı biri müharibəyə müdaxilə edər və ya ona qarşı hücum olarsa, digər üzv ölkələr qeyri qeyri-şərtsiz ona yardım etməlidirl
Digər bir diqqət çəkən məsələ isə Ankaranın ATƏT-in Minsk Qrupunu münaqişəni həll edə bilmədiyini elan etməyə çağırmasıdır. Bu da zamanında verilmiş bəyanatdır. Çünki BMT Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini həll etmək missiyasını ATƏT-ə həvalə edib. Hətta bu səbəbdən Minsk Qrupu yaradılıb. Gəlin etiraf edək ki, bu gün bu qurum münaqişənin həllində heç bir irəliləyiş əldə edə bilməyib. Mövcud vəziyyət bir daha bunu təsdiqləyir. Bu mənada ATƏT-in Minsk Qrupu istefa verməli, fəaliyyətini dayandırmalıdır ”.




Facebook'da Paylaş