Zakir Həsənov Şoyquya başsağlığı verdi

3-07-2019, 14:00





Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov rusiyalı həmkarı ordu generalı Sergey Şoyquya başsağlığı ünvanlayıb.
Ordum.az məktubun mətnini təqdim edir:
“Rusiya Hərbi Dəniz Donanmasının elmi-tədqiqat dərin sualtı gəmisində 14 sualtı-dənizçinin faciəvi şəkildə həlak olması barədə xəbər məni dərindən sarsıtdı.
Azərbaycan Ordusunun şəxsi heyəti adından və şəxsən öz adımdan həlak olanların ailələrinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Baş vermiş faciədən Sizinlə birlikdə kədərlənirik”.




Facebook'da Paylaş