Zakir Həsənov ordu rəhbərliyinə tapşırıqlar verdi

6-01-2018, 17:54


 Yanvarın 6-da Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Müdafiə nazirinin müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəislərinin iştirakı ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birlik, birləşmə komandirləri və digər kateqoriyalardan olan məsul zabitlər də cəlb olunub.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqımıza təbrikində səsləndirilən fikirləri, eləcə də Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları xüsusi qeyd edən nazir, 2017-ci ildə cəbhə xəttindəki vəziyyətin təhlilini apararaq cari ildə qarşıda duran vəzifələri bir daha şəxsi heyətin diqqətinə çatdırıb.

General-polkovnik Z.Həsənov yeni tədris dövrünə hazırlıq məqsədilə qoşunların döyüş tapşırıqlarını yerinə yetirməyə daim hazır vəziyyətdə olması, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının təkmilləşdirilməsi, o cümlədən digər istiqamətlərdə komandir və rəis heyəti qarşısında müvafiq tapşırıqlar qoyub.





Facebook'da Paylaş