Bənzər yazılar
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Belarus Respublikasının Hərbi Akademiyasında olub.
Müdafiə nazirinə akademiyanın strukturu, fəaliyyəti və əsas tapşırıqları barədə brifinq təqdim edilib. Hərbi təhsil müəssisəsinin əməliyyat-taktiki və strateji səviyyəli müxtəlif fakültələri ilə tanış olan nümayəndə heyətinə silah, hərbi texnika və digər döyüş vasitələri nümayiş etdirilərək onların təyinatı və tətbiq edilməsi imkanları barədə ətraflı məlumat verilib.