Zakir Həsənov Tacikistan prezidenti ilə görüşdə

12-10-2017, 11:00



Tacikistan prezidenti Emomali Rahmon Düşənbədə MDB-yə üzv ölkələrin müdafiə nazirlərini qəbul edib.

AzVision.az xəbər verir ki, bu barədə Tacikistan prezidentinin rəsmi saytına məlumat yer alıb.
E.Rahmon təhlükəsizliyin təmin olunması və hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsi hesabına 25 il ərzində MDB məkanında yaranan sabitliyə görə nazirlərə öz təşəkkürünü bildirib. Prezident eyni zamanda müdafiə sahəsində hərbi-texniki əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini də vurğulayıb. 

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov da Tacikistan prezidenti Emomali Rahmonla görüşdə iştirak edib.

Qeyd edək ki, bu gün Rusiyanın müdafiə naziri Sergey Şoyqunun sədrliyi il MDB müdafiə nazirləri Şurasının iclası keçiriləcək. 




Facebook'da Paylaş