Pakistana qarşı təxribat olub.

19-10-2021, 22:48

Pakistana qarşı təxribat olub.

Pakistana qarşı təxribat olub. Dost ölkənin döyüş təyyarəsi havaya qaldırılıb.
Pakistan Hərbi Dəniz Qüvvələri ölkənin ərazi sularına girməyə çalışan Hindistan sualtı gəmisinin qarşısını alıb. Bu barədə Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Açıqlamada hərbi dəniz qüvvələrinin ölkənin dəniz sərhədlərini qorumaq üçün fasiləsiz müşahidə apardığı bildirilib. Pakistanın ərazi sularına girməyə çalışan Hindistan ordusunun sualtı gəmisinin qarşısının dəniz patrul təyyarəsi tərəfindən alındığı və bunun üçüncü belə hal olduğu deyilib. Digər yandan, açıqlamada əvvəlki 2 olayın vaxtı ilə bağlı məlumat verilməyib.
Xatırladaq ki, 2019-cu ilin martında və 2016-cı ilin noyabrında Hindistanın sualtı gəmiləri Pakistanın ərazi sularına girmək istəyərkən ələ keçirilmişdi.




Facebook'da Paylaş