ABŞ-ın qayıq "ovu" başlayır

4-10-2021, 09:34

ABŞ-ın qayıq "ovu" başlayır

ABŞ Hərbi Dəniz Qüvvələri Rusiya sualtı qayıqlarının "ovuna" başlayacaq.
“Nəşnl İnterest”-in məlumatına görə, sentyabrın 28-də Amerika Birləşmiş Ştatları Hərbi Dəniz Qüvvələrinin rəsmi saytında dərc olunan press-relizdə qeyd olunub ki, "Greyhound" qrupu "Arleigh Burke" ekskadrilyasını Moskvadan gələn təhdidlərə qarşı təlimatlandıracaq. Məlumata görə, Rusiya sualtı donanmasının imkanları durmadan artır və indi ABŞ-ın şərq sahillərinə, eləcə də Avropaya ciddi təhlükə yaradır:
"ABŞ ordusunun sualtı gəmilərin casusluğu ilə bağlı narahatlığı artır və bu sualtı qayıqlar okean dibi boyunca qitələri birləşdirən rabitə kabellərini kəsir. Bu ünsiyyət xətlərinin pozulması dövlətlərin və Avropanın təhlükəsizliyi üçün ciddi təhlükə yaradır".




Facebook'da Paylaş