Finlandiyanın NATO-ya üzvlüklə bağlı müraciət edəcəyi tarix müəyyənləşməyib

27-04-2022, 09:00

Finlandiyanın NATO-ya üzvlüklə bağlı müraciət edəcəyi tarix müəyyənləşməyib

Finlandiyanın NATO-ya daxil olması üçün mümkün müraciətin tarixi məsələsi hələ də açıqdır, çünki müvafiq qərarı ilk növbədə ölkə parlamenti qəbul etməlidir.

Ordum.az xəbər verir ki, bunu Finlandiya Respublikasının xarici işlər naziri cənab Pekka Haavisto bəyan edib.

“Bu məsələ parlamentin ixtiyarında olduğundan NATO-ya mümkün müraciətin təqdim edilməsi üçün dəqiq tarix yoxdur. Parlamentin müzakirələri nə vaxt yekunlaşdıracağını hələlik proqnozlaşdırmaq çətindir.

Bəlkə də Finlandiya və İsveçdə qərar qəbulu günləri bir-birinə yaxın olacaq, lakin bu məsələ ölkələr arasında razılaşdırılmayıb. Təbii ki, iki ölkə arasında heç bir razılıq və ya koordinasiya yoxdur, lakin biz proseslərin necə getdiyi barədə bir-birimizi məlumatlandıracağıq”, - nazir əlavə edib.




Facebook'da Paylaş