Finlandiya parlamentində NATO-ya üzvlüklə bağlı dinləmələr keçiriləcək

11-03-2022, 09:25

Finlandiya parlamentində NATO-ya üzvlüklə bağlı dinləmələr keçiriləcək

Finlandiyanın Baş naziri Sanna Marin bildirib ki, ölkə parlamentində NATO-ya qəbul məsələsi ilə bağlı dinləmələr keçiriləcək.

Bu barədə Ordum.az Türkiyə mətbuatına istinadən xəbər verir.

Baş nazir parlamentin məsələ ilə bağlı məqbul qərar qəbul olunacağına ümid etdiyini bildirib.

Marinin sözlərinə görə, bununla bağlı müzakirələr artıq müxtəlif səviyyələrdə - departamentlərdən tutmuş Prezidentə qədər gedir. Finlər Şimali Atlantika Alyansına həmişə şübhə ilə yanaşıblar, lakin Rusiyanın Ukraynaya hücumu rəy sorğularının nəticələrinə təsir edib. İndi Finlandiya sakinlərinin təxminən 50%-i öz ölkəsini NATO üzvü kimi görmək istəyir.




Facebook'da Paylaş