NATO İsveç və Finlandiyanı qısa zamanda alyansa üzv qəbul edə bilər

13-01-2022, 15:00

NATO İsveç və Finlandiyanı qısa zamanda alyansa üzv qəbul edə bilər

“İsveç və Finlandiya NATO-ya qoşulmaq istəsə, bu proses çox tez həyata keçirilə bilər”.

Ordum.az TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

“İsveç və Finlandiya bir çox aspektlərdə NATO-ya çox yaxındır, bu səbəbdən onlar NATO-ya qoşulmaq istəsə, bu proses çox tez həyata keçirilə bilər. Bunun üçün İsveç və Finlandiyanın siyasi qərarı, habelə NATO-ya üzv 30 ölkənin siyasi qərarı olmalıdır”, - o deyib




Facebook'da Paylaş