Stoltenberq: "NATO Rusiya ilə dialoqa hazırdır"

12-01-2022, 10:21

Stoltenberq: "NATO Rusiya ilə dialoqa hazırdır"

"NATO Rusiya ilə dialoqa hazırdır".

Ordum.az TASS-a istinadən xəbər verir ki, bunu alyansın baş katibi Yens Stoltenberq bu gün baş tutacaq NATO-Rusiya Şurasının iclası çərçivəsində deyib.

Y.Stoltenberq NATO-nun Rusiya və onun ətrafında baş verənləri diqqətlə izlədiyini bildirib.

Qeyd edək ki, Rusiya təhlükəsizliyinə təminatla bağlı ABŞ və NATO-ya təkliflərini təqdim edib.

Yanvarın 12-də Brüsseldə NATO-Rusiya Şurasının iclası keçiriləcək. Şura 2002-ci il mayın 28-də yaradılsa da, 2008-ci ilin avqustunda Rusiya ilə Gürcüstan arasında hərbi münaqişə səbəbindən Moskvaya qarşı məhdudlaşdırıcı tədbirlər çərçivəsində Şuranın fəaliyyəti dayandırılmışdı. 2017-ci ildə Suriya və İraqda hadisələr fonunda tərəflər arasında təmaslar bərpa olunub




Facebook'da Paylaş