Baş katib: “NATO ABŞ və Rusiya liderləri arasında birbaşa təmasları alqışlayacaq”

2-12-2021, 08:50

Baş katib: “NATO ABŞ və Rusiya liderləri arasında birbaşa təmasları alqışlayacaq”

NATO Rusiya prezidenti Vladimir Putinlə Ağ Evin rəhbəri Co Bayden arasında yeni şəxsi görüşü alqışlayacaq.

Ordum.az xəbər verir ki, bunu alyansın baş katibi Yens Stoltenberq “Reuters Next” onlayn forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, NATO Rusiya ilə dialoqa inanır:

“Alyans ABŞ və Rusiya arasında birbaşa təmasları alqışlayır. NATO da Rusiya ilə müttəfiqlik səviyyəsində dialoqa hazırdır. Hərbçilər arasında əlaqə kanallarımız var və mən mütəmadi olaraq Lavrovla (Rusiyanın xarici işlər naziri Serqey Lavrov – Red) görüşürəm”.

Stoltenberq yenidən Rusiyanı NATO ilə bütün diplomatik əlaqələri kəsməkdə ittiham edib və Moskvanı dialoqu bərpa etməyə çağırıb.

Bununla belə, alyans rəhbəri qeyd edib ki, Alyans rəsmi Moskvadan Rusiya-NATO Şurasının keçirilməsi təklifinə hələlik cavab almayıb.




Facebook'da Paylaş