NATO Rusiya nümayəndələrinin sayını azaldır

6-10-2021, 21:25

NATO Rusiya nümayəndələrinin sayını azaldır


NATO Brüsseldəki qərargahda olan Rusiyanın daimi nümayəndəliyinin tərkibini yarı yarıya azaltmaq qərarına gəlib.
Bu barədə çərşənbə günü Britaniyanın "Sky News" telekanalı məlumat yayıb.
Alyans səkkiz diplomatı akkreditasiyadan məhrum edib və daha iki vəzifəni ixtisar edib. Nəşrin məlumatına görə, bu qərar Rusiyanın son illərdə düşmənçilik fəaliyyəti iddiasına cavab olaraq qəbul edilib.
Hazırda Rusiyanın Brüsseldəki NATO daimi nümayəndəliyinin sayı 20 nəfərdir, bu say 10-a endiriləcək.





Facebook'da Paylaş