Bayden Putini hədələdi:
Ukrayna-Rusiya sərhədində hər iki tərəfdən qoşunların cəmlənməsi və müharibə çağırışları dünyada həyəcanla izlənilir.
CNBC telekanlının yazarı Amanda Masiasın ABŞ və Rusiya rəsmiləri arasında söz atışmaları barədə olan yazısını oxucuların diqqətinə çatdırır.
Bazar günü, Dövlət katibi Entoni Blinken, Ukrayna sərhədinə Rusiya qoşunlarının yığılması ilə əlaqədar narahatlığını dilə gətirib və Moskvanı təcavüzkar davranışına görə " pis nəticələrlə qarşılaşacağı" ilə xəbərdar edibdir.
“Sizə deməliyəm ki, mən Rusiyanın Ukrayna ilə sərhəddəki hərəkətlərindən həqiqətən narahatam. İndi bu sərhəddə Rusiyanın hücuma başladığı 2014-cü ildən bəri hər zaman olduğundan daha çox rus əsgəri cəmləşib "- Blinken “ Mətbuatla görüş” proqramına verdiyi müsahibədə deyib.
“Prezident Bayden bunu çox aydın şəkildə bildirib. Əgər Rusiya düşüncəsiz və ya aqressiv hərəkət etsə, maliyyətlər olacaq, nəticələr olacaq ” Blinken deyib. Əlavə edib ki, ABŞ müttəfiqləri və tərəfdaşları ilə sərhəddə hazırlıq görülən təcavüz məsələsini müzakirə edir.
Ağ Evin sözçüsü Jen Psaki keçən həftə Bayden rəhbərliyinin artan gərginlik və atəşkəs pozuntuları ilə bağlı NATO müttəfiqləri ilə məsləhətləşdiyini söyləyib.
"Birləşmiş Ştatlar, Ukraynanın şərqindəki Rusiya təcavüzünün artmasından, o cümlədən Ukrayna sərhədindəki Rusiya qoşunlarının hərəkətindən ciddi şəkildə narahatdır" - o, cümə axşamı jurnalistlərə görüşdə bu məsələnin ciddi narahatlıq doğurduğunu söyləyib.
Son həftələrdə Moskva, Ukrayna sərhədindəki hərbi mövcudluğunu yüksəltdiyindən, Qərbdə iki qonşu ölkə arasında ola biləcək hərbi qarşıdurma ilə bağlı narahatlıqlarını artırıb. Rusiya Müdafiə Nazirliyi, qoşunların döyüş hazırlığının sınağı çərçivəsində bu ay 4000-dən çox hərbi təlim keçirəcəyini bildirib.
Keçən ay Ukrayna hökuməti Donbasda Rusiyanın atəş açması nəticəsində dörd Ukrayna əsgərinin öldüyünü bildirib. 2014-cü ildən bəri Kiyev Ukraynanın şərqində rusiyapərəst separatçılarla mübarizə aparır və bu qarşıdurma zamanı, BMT-yə görə, ən az 13.000 nəfər ölüb.
Keçən həftə Pentaqon yenidən Kremldən sərhəddə qoşun cəmləşdirmə qərarını izah etməsini tələb edib.
Müdafiə katibi Lloyd Austin NATO baş katibi Yens Stoltenberq ilə bu həftə Brüsseldəki ittifaq qərargahında şəxsən görüşəcək.
Kremlə müharibə lazımdır. Baxın görün İşğal altında olan Makeyevka sakini (məlum səbəblərə görə adını açıqlamıram) nəzarət altındakı ərazidən qohumlarına nə yazıb: “Biz burada NATO qoşunları ilə genişmiqyaslı müharibənin 25 apreldə başlayacağından qorxuruq. Bir tanışım Puşilinin( separatçıların lideri) yanında işləyir, o camaata deyib ki, hazır olun".
Facebook'da Paylaş