Pompeo: Rusiya ABŞ-ın düşmənidir

19-12-2020, 11:42

Pompeo: Rusiya ABŞ-ın düşmənidir

ABŞ Dövlət katibi Mayk Pompeo Rusiyanın Amerikanın düşmənləri siyahısında olduğunu açıqlayıb.
O, bu barədə Mark Levinin radio şousuna verdiyi müsahibədə bildirib.
"İnsanlar məndən düşmənimizin kim olduğunu soruşurlar və cavab belədir: həyat tərzimizi, respublikamızı, əsas demokratik prinsiplərimizi pozmaq istəyənlər çoxdur. Rusiya bu siyahıda mütləq yer alır",-deyə Pompeo qeyd edib.
Dövlət katibi həmçinin ABŞ mediasında Rusiyanın son kiberhücumlarda iştirak etdiyi iddia edilən xəbərləri də xatırladıb.
Bununla yanaşı Mayk Pompeo bu həftənin əvvəlində Vaşinqtonun Moskvaya qarşı münasibətini qiymətləndirərkən "real problem" ifadəsini işlədib.




Facebook'da Paylaş