NATO Çin və Rusiyanın nüvə potensialından narahatdır

7-09-2021, 06:45

NATO Çin və Rusiyanın nüvə potensialından narahatdır


6-7 sentyabr tarixlərində Danimarkada Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) silahlara nəzarət və kütləvi qırğın silahlarının yayılmaması mövzusunda illik konfransı keçirilir.
Konfrans Danimarka Xarici İşlər Nazirliyi tərəfindən təşkil edilib.
Alyansın baş katibi Yens Stoltenberq konfransda çıxışı zamanı bildirib ki, NATO Çinin və Rusiyanın nüvə potensialını artırmasından narahatdır və daha çox şəffaflıq tələb edir: “Rusiya qaydalara məhəl qoymamağa və ya onları pozmağa davam edir, qitələrarası ballistik raketlər də daxil olmaqla nüvə imkanlarını inkişaf etdirir".
Stoltenberqin sözlərinə görə, Rusiya “səsdən sürətli sistemlər, ballistik raketlər, nüvə raketlərini işə salıb.
Stoltenberq qeyd edib ki, Çin də nüvə potensialını sürətlə inkişaf etdirir.




Facebook'da Paylaş