NATO-Şimali Atlantika Müqaviləsi Təşkilatı

24-01-2021, 11:03

NATO-Şimali Atlantika Müqaviləsi Təşkilatı
Əziz oxucular, Şimali Atlantika Müqaviləsi Təşkilatı -NATO və onun yarandığı vaxtdan bəri fəaliyyəti barədə məlumatları, yeri gəldikcə, diqqətinizə çatdıracağıq.
Beləliklə...Şimali Atlantika Müqaviləsi Təşkilatı (ing. North Atlantic Treaty Organization, NATO, fr. Organisation du Traité de l'Atlantique Nord, OTAN) — sülhün qorunmasını və azadlıqların müdafiəsini siyasi həmrəylik yolu ilə təmin edən və üzvlərinə qarşı yönəlmiş istənilən aqressiya formalarının dəf edilməsini, lazım gəldikdə isə hərbi gücdən istifadə edilməsini nəzərdə tutan müstəqil dövlətlərin hərbi ittifaqı. 4 aprel 1949-cu ildə qurulmuşdur və hazırda 30 üzvü var.[1][2] Təşkilatın üzvləri hər hansı xarici gücdən gələ biləcək hücuma qarşı ortaq müdafiə həyata keçirir. NATO-nun Baş Qərargahı üzv ölkələrdən biri olan Belçikanın paytaxtı Brüssel şəhərində, Müttəfiq Qüvvələrin Əməliyyat Komandanlığının baş qərargahı isə Belçikanın Mons şəhəri yaxınlığında yerləşir. Bütün NATO üzvlərinin ümumi hərbi xərcləri dünya üzrə bütün ölkələrin müdafiə xərclərinin 70%-dən çoxdur. Üzv ölkələrin müdafiə xərcləri ÜDM-nin ən azı 2%-ni təşkil etməlidir.

1 oktyabr 2014-cü ildən NATO-nun baş katibi Yens Stoltenberqdir




Facebook'da Paylaş