KİV: İsveç və Finlandiya bu yay NATO-ya daxil olmaq niyyətindədir

11-04-2022, 08:03

KİV: İsveç və Finlandiya bu yay NATO-ya daxil olmaq niyyətindədir

İsveç və Finlandiya bu yay NATO-ya daxil olmaq niyyətindədir.

Ordum.az-ın məlumatına görə, bu barədə Böyük Britaniyanın “Times” qəzeti mənbələrə istinadən yazır.

Qeyd olunub ki, NATO xarici işlər nazirlərinin danışıqlarında hər iki ölkənin alyansa üzvlüyü çoxsaylı görüşlər zamanı əsas müzakirə mövzusu olub.

“İyun ayında Finlandiyanın, daha sonra isə İsveçin müraciət edəcəyi gözlənilir”, - nəşr yazıb.

Qəzetə müsahibə verən avropalı diplomatlar bildiriblər ki, hər iki ölkə NATO-nun imkanlarını, xüsusən də kəşfiyyat məlumatlarının toplanması sahəsində və hava qüvvələrinin gücləndirilməsinin bir hissəsi kimi genişləndirəcək.

Diplomatlardan birinin fikrincə, İsveç və Finlandiya blokda əsl oyunçular olacaq.




Facebook'da Paylaş