Finlandiya NATO-dakı tərəfdaşları ilə yeni ölkələrin üzvlüyünü müzakirə edib

30-03-2022, 07:47

Finlandiya NATO-dakı tərəfdaşları ilə yeni ölkələrin üzvlüyünü müzakirə edib

Finlandiya Prezidenti Sauli Ninisto NATO Baş katibi Yens Stoltenberq ilə telefon danışığı aparıb.

Ordum.az xəbər verir ki, bu barədə Prezident sosial şəbəkə hesabında bildirib.

"Finlandiyanın təhlükəsizliyini gücləndirmək və bütün imkanları araşdırmaq lazımdır. Buna görə də Stoltenberqlə yeni üzvlərin qəbulu ilə bağlı bütün prinsip və prosedurları hərtərəfli müzakirə etdik", - o deyib.

Bununla yanaşı, tərəflər Ukraynadakı son vəziyyət barədə fikir mübadiləsi aparıblar.

Finlandiyada Rusiyanın hərbi əməliyyatına başlamasından sonra ölkənin NATO-ya daxil olması ehtimalı aktiv şəkildə müzakirə olunur. Əgər əvvəllər finlərin əksəriyyəti alyansa üzvlüyün əleyhinə idisə, son ictimai rəy sorğuları NATO-ya münasibətin artdığını göstərir. Son sorğulara görə, respondentlərin 62%-i NATO-ya üzvlüyün lehinə, 16%-i əleyhinə olub, qalanları cavab verməkdə çətinlik çəkib. Ölkənin bəzi aparıcı siyasətçiləri də alyansa qoşulmaq imkanından danışırlar.




Facebook'da Paylaş