Azərbaycan və Finlandiya XİN başçılarının görüşü olub

2-12-2021, 15:53

Azərbaycan və Finlandiya XİN başçılarının görüşü olub

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclasında iştirakı çərçivəsində Finlandiyanın xarici işlər naziri Pekka Haavisto ilə görüşüb.

Bu barədə Ordum.az-a XİN-dən məlumat verilib.

Nazirlər iki ölkə arasında ikitərəfli münasibətlər, eləcə də beynəlxalq təşkilatlar, o cümlədən ATƏT çərçivəsində mövcud əməkdaşlıq münasibətlərini müzakirə ediblər.

2025-ci ildə Helsinki Yekun Aktının 50-ci ildönümünün qeyd ediləcəyi zaman Finlandiyanın ATƏT-ə sədrlik etmək təşəbbüsü məmnunluqla qeyd edilib.

Nazir Ceyhun Bayramov, həmkarına regiondakı cari vəziyyət, Azərbaycan-Ermənistan arasında münasibətlərin beynəlxalq hüququn norma və prinsiplərinin əsasında normallaşması istiqamətində müxtəlif formatlarda görülən işlər, həmçinin üçtərəfli bəyanatların icra olunması istiqamətində atılan addımlar barədə geniş məlumat verib.

Nazirlər, həmçinin digər qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.




Facebook'da Paylaş