Ukraynaya minlərlə haubitsa mərmisi göndəriləcək

31-01-2023, 07:52

Ukraynaya minlərlə haubitsa  mərmisi göndəriləcək

Ukraynaya minlərlə haubitsa mərmisi göndəriləcək

Fransanın xarici işlər naziri Katrin Kolonna, müdafiə naziri Lekornu, Avstraliya xarici işlər naziri Penni Vonq və Avstraliya müdafiə naziri Riçard Marles Parisdə bir araya gələrək mətbuata birgə bəyanatla çıxış ediblər.
Ordum.az xəbər verir ki, Kolonna görüş zamanı beynəlxalq və müdafiə mövzularında məsləhətləşmələr aparıldığını bildirib.
Kolonna qeyd edib ki, Fransa və Avstraliya əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəlib.
Fransa müdafiə naziri Lekornu Fransa və Avstraliyanın birlikdə Ukraynaya 155 millimetrlik haubitsa mərmisi göndərəcəyini və bu çərçivədə iki ölkənin minlərlə 155 millimetrlik haubitsa mərmisi istehsal edəcəyini deyib. O, ilk mərmilərin yaxın həftələrdə Ukraynaya veriləcəyini qeyd edib.




Facebook'da Paylaş