KİV: "ABŞ Avstraliya üçün nüvə sualtı qayıqları istehsal edə bilər"

24-09-2022, 09:30

KİV: "ABŞ Avstraliya üçün nüvə sualtı qayıqları istehsal edə bilər"

Ağ ev Avstraliya silahlı qüvvələri üçün ilk nüvə sualtı qayıqlarını ABŞ-da istehsal etmək imkanını nəzərdən keçirir.

Ordum.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, ABŞ Prezidenti Cozef Baydenin administrasiyası Çinin hərbi gücünü artırması fonunda Avstraliyanın nüvə sualtı qayıqlarının əldə etməsi prosesini sürətləndirmək niyyətindədir. Ehtimal olunur ki, ABŞ-da istehsal edilən ilk bir neçə nüvə sualtı qayıqları 2030-cu illərin ortalarına qədər Avstraliya silahlı qüvvələrinə təhvil verilə bilər.

Nəşr qeyd edib ki, ABŞ Avstraliyanın uzunmüddətli perspektivdə öz obyektlərində nüvə sualtı qayıqları istehsal edə biləcəyinə ümid edir. Eyni zamanda, nəşr ilk mərhələdə Avstraliya ilə birlikdə nə qədər nüvə sualtı qayığının istismara verilməsinin nəzərdə tutulduğunu dəqiqləşdirməyib və onların ABŞ-da istehsalının bir sıra çətinliklərlə, ilk növbədə, maliyyə ilə bağlı ola biləcəyini etiraf edir. Bu məsələ ilə bağlı yekun qərarın gələn ilin martında verilə biləcəyi gözlənilir.




Facebook'da Paylaş