ABŞ Avstraliyanın şimalında hərbi aviabaza tikməyi planlaşdırır

31-10-2022, 09:50

ABŞ Avstraliyanın şimalında hərbi aviabaza tikməyi planlaşdırır

ABŞ Avstraliyanın şimalında altı “B-52” nüvə bombardmançı təyyarəsi üçün hərbi aviabaza tikməyi planlaşdırır.

Ordum.az xəbər verir ki, bu barədə ABC yayım korporasiyası məlumat yayıb.

Hərbi obyektin Darvindən 320 km cənub-şərqdə, Tindaldakı Avstraliya Hərbi Hava Qüvvələri bazasının yaxınlığında yerləşəcəyi qeyd olunub.

Onun “B-52” eskadrilyası üçün operativ idarəetmə mərkəzi, təyyarələrin təmiri və texniki xidməti üçün infrastruktur, aerodrom və duracaq” olacağı gözlənilir.

Yeni Amerika Təhlükəsizliyi Mərkəzindən Bekku Vasserin fikrincə, Avstraliyanın şimalında “potensial olaraq materik Çinə hücum edə bilən” hərbi təyyarələrin olması Pekinə Tayvana qarşı istənilən düşmənçilik hərəkətinin “genişmiqyaslı nəticələrə səbəb olacağına” işarə edəcək.

ABC telekanalının məlumatına görə, hərbi bazada əsas tikinti işləri 2026-cı ilin sonunadək başa çatacaq.




Facebook'da Paylaş