NASA: SLS raketinin Aya buraxılmasına növbəti cəhd oktyabrda ola bilər

4-09-2022, 09:30

NASA: SLS raketinin Aya buraxılmasına növbəti cəhd oktyabrda ola bilər

ABŞ-ın “Orion” kosmik gəmisi ilə birlikdə super ağır “Space Launch System” (SLS) raket daşıyıcı aparatının Aya buraxılması üçün növbəti cəhd oktyabrın ortalarında baş tuta bilər.

Ordum.az-ın məlumatına görə, bu barədə ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) rəhbəri Bill Nelson deyib.

Şənbə günü səhər NASA rəsmiləri gücləndirici raketin yanacaqla doldurulmasında problemlərə görə raketin buraxılışını təxirə salıb.

SLS-in orbitə buraxılması oktyabrın 3-də Florida ştatındakı Con Kennedi Kosmik Mərkəzindən ABŞ-ın şərq sahili vaxtı ilə saat 14:17-də (Bakı vaxtı ilə saat 22:17) baş tutmalı idi. Gəmi Ayın ətrafında bir neçə fırlanıb Yerə qayıtmalı idi. Bazar ertəsi, yanacaqdoldurma zamanı hidrogen sızması səbəbindən buraxılış baş tutmayıb.

2021-ci ilin aprel ayından etibarən NASA mühəndisləri “Artemis 1” missiyasının bir hissəsi olaraq buraxılacaq raketi yığır. “Orion”un göyərtəsində sınaq uçuşunun bir hissəsi olaraq, digər şeylərlə yanaşı, uçuş zamanı radiasiya səviyyəsini ölçmək üçün istifadə edilən üç maneken olacaq.




Facebook'da Paylaş