NASA asteroidlərin Yerlə toqquşma riskini qiymətləndirib

23-11-2021, 09:30

NASA asteroidlərin Yerlə toqquşma riskini qiymətləndirib

Hazırda məlum olan asteroidlərin heç biri yaxın əsrdə Yerlə toqquşma təhlükəsi yaratmır.

Ordum.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə NASA (Milli Aeronavtika və Kosmos İdarəsi) rəhbərinin müavini Tomas Zurbuxen bildirib.

Qeyd edək ki, NASA çərşənbə günü Dimorf asteroidinə DART kosmik zondunu buraxmağı planlaşdırır. Miniatür kosmik gəmi Yeri gələcəkdə asteroidlə mümkün toqquşmadan qorumaq texnologiyasını sınaqdan keçirmək üçün səma cismi ilə toqquşmalı olacaq.

"Arxayın olun, bu asteroid indi Yer üçün təhlükəli deyil və olmayacaq. Bu gün bildiyimiz səma cisimlərinin heç biri yaxın 100 ildə təhlükəli deyil", - NASA rəsmisi deyib.

O vurğulayıb ki, alimlərə ölçüsü 140 metrdən çox olan kosmik obyektlərin yalnız 40%-i məlumdur. "Onların çoxunu, təxminən 60%-ni hələ tapmalıyıq", - Zurbuxen qeyd edib.




Facebook'da Paylaş