NASA Aya uçuş üçün raket mühərriklərini sınaqdan keçirəcək

30-01-2021, 10:51

NASA Aya uçuş üçün raket mühərriklərini sınaqdan keçirəcək

ABŞ Milli Aeronavtika və Kosmik İdarəsinin (NASA) mütəxəssisləri fevral ayının sonunda “Space Launch System” (SLS) raket daşıyıcılarının mühərriklərinin yeni yanma sınaqlarını keçirmək niyyətindədirlər.


Ordum.az
TASS-a istinadən xəbər verir ki, bu barədə NASA-nın saytında yerləşdirilən bəyanatda deyilir.

Missisipi ştatındakı NASA sınaq kompleksində xüsusi dəstəyə quraşdırılmış dörd mühərrikin sınağı fevralın dördüncü həftəsində keçiriləcək.

Qeyd edək ki, mühərriklərin əvvəlki sınaqları yanvarın 16-da baş tutmuşdu. O zaman mühərriklər təxminən bir dəqiqə eyni vaxtda çalışmışdı, halbuki bu prosesin təxminən səkkiz dəqiqə davam edəcəyi gözlənilirdi. SLS layihə meneceri Con Haniket mühərrikləri söndürən avtomatik sistemin işə düşdüyünü bildirmişdi. Sonradan məlum olub ki, bunun səbəblərindən biri müvafiq proqram təminatının olmasıdır. Artıq bu parametrlər dəyişdiriləcək.

Mütəxəssislər əvvəlki sınaq zamanı əldə edilən bütün məlumatları öyrəniblər. Agentlik rəsmiləri mühərriklərə ciddi ziyan dəymədiyini aşkar ediblər. NASA qarşıdakı sınaqların səkkiz dəqiqə davam edəcəyinə ümid edir.


Ordum.az




Facebook'da Paylaş