Türkiyənin sınağı ABŞ-ı təlaşlandırdı

17-10-2020, 08:12

Türkiyənin sınağı ABŞ-ı təlaşlandırdı
Türkiyə S-400 sistemlərini sınaqdan keçirdi, Natonun aparıcı üzvü olan ABŞ təlaşlandı.
S-400 sistemləri ilə bağlı yaranan vəziyyət Türkiyə-ABŞ əlaqələrinin inkişafına maneə yaradır.
Bu sözləri Pentaqon nümayəndəsi Conatan Hoffman Türkiyənin S-400 sistemlərini sınaqdan keçiriməsini şərh edərkən deyib.
“Biz Türkiyənin S-400 almasına qarşıyıq və bu sistemlərinin sınaqdan keçirilməsindən dolayı narahatıq. Bunu silahlandırmaya daxil etməyə gərək yoxdur. Bizim təhlükəsizlik sahəsində əməkdaşlığımız üçün ciddi təsirləri ola bilər”, - deyə Hoffman bildirib.




Facebook'da Paylaş