Fransa kosmosda hərbi təlimlərə başladı

10-03-2021, 06:19

Fransa kosmosda hərbi təlimlərə başladı


Fransanın hərbçiləri ölkənin silahlı qüvvələrinin tarixində ilk dəfə kosmosda təlimlərə başlayıblar.
Xarici KİV xəbər verir ki, təlimlər 1965-ci ildə buraxılmış ilk fransız peyki “AsterX”-in xatirəsinə “AsterX” adını daşıyır. Hərbçilər manevrlərin gedişatında potensial təhlükəli kosmik obyekti, həmçinin şəxsi peyk üçün təhlükəni izləyəcəklər.
"Ssenariyə görə bir sıra hadisələr baş verir və kosmik infrastrukturumuzla əlaqəli böhranlar və təhdidlər ortaya çıxır, ancaq bunlar yeganə deyil", - Fransa kosmik qüvvələri komandanlığının başçısı Mişel Friedlinq Tuluzada jurnalistlərə deyib.
KİV-in məlumatına görə, təlimlərdə həmçinin ABŞ-ın kosmik qüvvələri və Almaniyanın kosmik agentlikləri iştirak edir. Təlimlər cümə gününə qədər davam edəcək.




Facebook'da Paylaş