Türk peyki kosmosda

8-01-2021, 10:31

Türk peyki kosmosda

Türkiyənin növbəti peyki kosmosda yolçuluğa başladı.

2023-cü ildə Cümhuriyyətin yaranmasının 100-cü ilində Türkiyə dünyada süni peyk istehsal edən 10 ölkə arasında yer alacaq...
Bu gün yerli vaxtla saat 04:28-də Türkiyənin beşinci nəsil "Türksat 5A" peyki ABŞ-ın Florida ştatındakı Kanavarel burnundan “SpaceX” şirkətinə aid “Falcon 9” raketi ilə orbitə buraxılıb.

Ordum.az bu haqda "TGRTHaber"ə istinadla xəbər verir.
Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu buraxılışdan 35 dəqiqə sonra peykdən ilk siqnal alındığını bildirib. "Türksat"ın fəaliyyətlərini fasiləsiz davam etdirdiyini vurğulayan A.Karaismailoğlu "Türksat 5A"-nın bu gün, 2021-ci ilin ikinci rübündə isə "Türksat 5B" və 2022-ci ildə "Türksat 6A"-nın istifadəyə veriləcəyini söyləyib.
Nazirin açıqlamasından o da məlum olub ki, 2023-cü ildə Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ilində Türkiyə dünyada süni peyk istehsal edən 10 ölkə arasında yer alacaq.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Twitter" səhifəsində növbəti Türk peykinin orbitə buraxılması ilə bağlı rəsmi paylaşım edib.
“Türksat 5A kosmosdan bizə ilk salamını, inşallah, sabah verəcək. Xeyirli-uğurlu olsun”, - Ərdoğan öz paylaşımında belə yazıb.




Facebook'da Paylaş