Mövlud Çavuşoğlu Rusiyaya gedir

28-12-2020, 14:28

Mövlud Çavuşoğlu Rusiyaya gedir
Türkiyənin xarici işlər naziri dekabrın 29-da Rusiyaya səfər edəcək.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinə istinadən məlumat verir.
Qeyd olunur ki, nazir Soçi şəhərində rusiyalı həmkarı Sergey Lavrovla Rusiya-Türkiyə Birgə Strateji Planlama Qrupunun 8-ci iclasında iştirak edəcək.
İclas zamanı iki ölkə arasında münasibətlər, eyni zamanda regional və beynəlxalq məsələlər müzakirə olunacaq.
İclasın yekununda Rusiya ilə Türkiyə arasında 2021-2022-ci illər üzrə Məşvərət Planı imzalanacaq.




Facebook'da Paylaş