Türkiyədə 4 hərbçi şəhid olub

4-10-2017, 12:30





Türkiyənin Hakkari vilayətində partlayış törədilib. Bu haqda Modern.az Türkiyə KİV-nə istinadla bildirir. 
 
Bildirilib ki,  partlayış nəticəsində 4 hərbçi şəhid olub, daha 4-ü isə yaralanıb. 
 
Qeyd olunur ki, hadisə Yüksekova rayonunda patrul xidməti zamanı baş verib.
 
Hazırda partlayışı törədənlərin axtarışı və zərərsizləşdirilməsi üçün əməliyyat başlayıb.
 
Partlayışı PKK terror təşkilatının törətdiyi bildirilir.




Facebook'da Paylaş