Meksikada ölənlərin sayı artıb

22-09-2017, 09:53

Ordum.az xarici KİV - ə istinadla xəbər verir ki, sentyabrın 19-da Meksikada qeydə alınan 7,1 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı artır.
 
Belə ki, Milli Xilasetmə Xidmətinin rəhbəri Luis Felipe Puente 19 sentybarda baş verən zəlzələdə ölənlərin sayının 286-ya çatdığını bildirib.

Mexikoda 148 nəfər, Morales ştatında 73, Puble ştatında 45, Mexiko ştatında isə 13 nəfər həlak olub.




Facebook'da Paylaş