"Rafiqin vəziyyəti düzəlmir" - Diktorun həyat yoldaşı

14-09-2017, 16:00


    



Türkiyədə əməliyyat olunan xalq artisti, tanınmış diktor Rafiq Hüseynovun vəziyyəti ağır olaraq qalır.

Bu barədə AzVision.az-a diktorun həyat yoldaşı Səbinə Hüseynova məlumat verib. 

O,bildirib ki, həyat yoldaşının səhhəti zəifdir, günlərdir qida qəbul etmir. 

“ İndi bir az danışır. Ancaq nə yemək yeyir, nə də su içir. Səhhəti çox zəifdir. Həkimlər çalışırlar ki, bədənini gücləndirib əvvəlki vəziyyətinə qaytarsınlar”.

Qeyd edək ki, R. Hüseynov Ağciyər xərçəngindən əziyyət çəkir. İki dəfə bağırsaq əməliyyatı keçirib. 




Facebook'da Paylaş