KİV: Almaniya F-35 qırıcılarını almaq istəyir, yekun qərar hələlik yoxdur

4-02-2022, 15:57

KİV: Almaniya F-35 qırıcılarını almaq istəyir, yekun qərar hələlik yoxdur

Almaniya “Tornado” qırıcılarını əvəz etmək üçün ABŞ-ın “Lockheed Martin” şirkəti tərəfindən istehsal edilən F-35 qırıcı təyyarəsini almaq niyyətindədir.

Ordum.az xəbər verir ki, bu barədə Almaniya müdafiə mənbələri “Reuters” agentliyinə bildirib.

Mənbə yekun qərarın hələlik verilmədiyini qeyd edib.

Almaniya ordusuna yaxın olan başqa bir mənbə mümkün F-35 alışının “masada” olduğunu, lakin yaxın zamanda hər hansı bir qərarın gözlənilmədiyini bildirib.

Almaniyanın yeni kansleri Olaf Scholzun başçılığı altında yeni hökumət vəd etdiyi NATO-nun nüvə bölgüsü sazişinin bir hissəsi olaraq qalmaq üçün köhnə “Tornado” təyyarələrini tez bir zamanda dəyişdirməlidir.

“Tornado” münaqişə vəziyyətində Almaniyada saxlanılan ABŞ nüvə bombalarını daşıya bilən yeganə alman təyyarəsidir. Lakin hava qüvvələri qırıcıları 1980-ci illərdən idarə edir və Berlin onu 2025-2030-cu illər arasında istismardan çıxarmağı planlaşdırır.

Almaniyanın yeni koalisiyası dörd illik səlahiyyət müddətinin əvvəlində yeni qırıcıların alınacağını bildirib. Agentliyin mənbəsi bildirib ki, Şolzun gələn həftə Vaşinqtona səfəri zamanı bu məsələni qaldıracağı gözlənilir.

ABŞ qırıcısı almaq qərarı Fransanı narahat edə bilər. Paris Almaniyanın F-18 və ya F-35 qırıcısı alması ilə bağlı müzakirələri ehtiyatla izləyir, bunun 2040-cı illərdə hazır olacağı güman edilən fransız-alman birgə döyüş təyyarəsinin inkişafına xələl gətirə biləcəyindən narahatdır




Facebook'da Paylaş