Almaniya F-35 qırıcılarının alınmasını yenidən nəzərdən keçirir

11-01-2022, 18:06

Almaniya F-35 qırıcılarının alınmasını yenidən nəzərdən keçirir

Almaniyanın yeni hökuməti “Lockheed Martin” istehsalı F-35 “Lightning II” qırıcılarının alınmasını yenidən nəzərdən keçirir.

Ordum.az xəbər verir ki, bu barədə ölkənin DAP agentliyi məlumat yayıb.

Məlumata görə, məsələni Almaniyanın müdafiə naziri Kristin Lambrext kansler Olaf Şolzla müzakirə edib.

Lambrextin sələfi Anneqret Kramp-Karranbauer 40 il əvvəl Almaniya Hərbi Hava Qüvvələrinin inventarına alınan “Tornado” təyyarəsini F-18 döyüş təyyarələri ilə əvəz etmək qərarına gəlmişdi.

Bu məsələ Şolz və Lambrext arasında yenidən müzakirə edilib. Yeni Almaniya hökumətinin məqsədi daha müasir F-35 təyyarələrinin alınmasının alternativ olub-olmadığını və “Eurofighter”in “Tornado” eskadrilyasının ikinci missiyası üçün nəzərdən keçirilə biləcəyini bir daha aydınlaşdırmaqdır.

Almaniya hökuməti həmçinin “Heron TP” PUA-larının silahlanıb-silahlanmaması ilə bağlı danışıqlar aparır.

Yeni hökumətdə təmsil olunan partiyalar arasında PUA-ların silahlandırılması ilə bağlı razılaşma əldə edilib. Koalisiya hökuməti həmçinin “Tornado” döyüş təyyarələrini əvəz edəcək bir təyyarə almaq üçün birgə qərar qəbul edib. Köhnə plana əsasən, Almaniya hökuməti 45 ədəd F-18 “Super Hornet” döyüş təyyarəsi alacaqdı.




Facebook'da Paylaş