Bakıda Azərbaycan və Almaniyanın hərbi hüquq ekspertləri arasında görüş keçirilib

15-11-2021, 19:10

Bakıda Azərbaycan və Almaniyanın hərbi hüquq ekspertləri arasında görüş keçirilib

Azərbaycan Müdafiə Nazirliyi ilə Almaniya Federal Müdafiə Nazirliyi arasında imzalanmış illik hərbi əməkdaşlıq planına əsasən noyabrın 15-də Bakıda iki ölkənin hərbi hüquq üzrə ekspertlərinin görüşü keçirilib.

Bu barədə Ordum.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

"Hərbi hüquq üzrə ekspert görüşü"ndə hərbi qanunvericiliyə dair qarşılıqlı təcrübə mübadiləsi keçirilib, inzibati icraatın və xidməti araşdırmaların aparılması, hərbi hüquqşünasların xidməti fəaliyyəti sahəsində qabaqcıl təcrübənin öyrənilməsi və bir sıra digər məsələlər müzakirə olunub




Facebook'da Paylaş