Azərbaycan və Belarus Müdafiə nazirliklərinin nümayəndə heyətləri arasında işçi görüşü keçirilib

30-09-2021, 10:34

Azərbaycan və Belarus Müdafiə nazirliklərinin nümayəndə heyətləri arasında işçi görüşü keçirilib

Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlıq planına əsasən Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində “Raket və artilleriya qüvvələrinin inkişafı məsələləri” üzrə işçi görüşü keçirilib.

Bu barədə Ordum.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə hər iki ölkənin Raket və Artilleriya Qoşunları arasında hərbi və hərbi-texniki əməkdaşlıq sahələri haqqında ətraflı fikir mübadiləsi aparılıb, birgə əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsi məsələləri müzakirə edilib.

Qonaqlara Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı qələbədə artilleriyaçılarımızın fəaliyyətindən bəhs edilib.

Səfər çərçivəsində Belarus nümayəndə heyətinin Raket və Artilleriya Qoşunlarının hərbi hissələrinə ziyarəti planlaşdırılır




Facebook'da Paylaş