Hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub

15-04-2021, 17:57

Hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub


Müdafiə Nazirliyindən Ordum.az-a verilən məlumata görə, Azərbaycanla Belarus arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub.
Aprelin 15-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Belarus Respublikasının Dövlət Hərbi-Sənaye Komitəsinin sədri Dmitriy Pantusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Tərəflər Azərbaycan ilə Belarus arasında hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini, həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələləri müzakirə ediblər.




Facebook'da Paylaş