Türkiyə Ukraynadan S-125 ZRK-ları alıb

13-11-2021, 15:18

Türkiyə Ukraynadan S-125 ZRK-ları alıb

Türkiyədə keçirilən “Saha” sərgisində ölkənin Ukrayna ilə müdafiə sənayesində əməkdaşlığı müzakirə edilib.

Ordum.az
xəbər verir ki, paneldə “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar, Ukraynanın Ankaradakı səfiri Vasil Bodnar, “Ukrspecexport”un baş direktoru Vadim Nozdria və digər rəsmi şəxslər iştirak edib.

Panel zamanı Türkiyənin Ukraynadan tədarük etdiyi sistemlərə toxunan “Ukrspecexport” baş direktoru Vadim Nozdria Türkiyənin Ukraynadan S-125 Zenit-Raket Kompleksləri aldığını bildirib.

Məlumata görə, ötən ilin sentyabrında Türkiyəyə təhvil verilən sistem təcili ehtiyac çərçivəsində tədarük edilib.

SSRİ dövründə hazırlanmış S-125 orta mənzilli ZRK-da istifadə edilən qatı yanacaqlı raketlər radio dalğaları vasitəsilə hədəfə yönəldilir.

S-125 zamanla bir çox modernləşdirmələrə məruz qalıb və müxtəlif konfiqurasiyalar hazırlanıb. Ukraynada yerləşən “Aerotechnica” şirkəti 2010-cu ildə modernləşdirilmiş S-125 konfiqurasiyası olan S-125-2D “Pechora”nı istifadəyə verib. Yeni radar sistemi ilə təchiz edilmiş S-125D-2D modernləşdirilmiş raketlərlə 40 kilometr hədəfləmə məsafəsinə malikdir




Facebook'da Paylaş