Türkiyənin silah sənayesi YÜKSƏLİŞDƏ
Almaniyanın Birinci Televiziya Kanalının (ARD) xəbər bülletenində Türkiyənin müdafiə sənayesi ilə bağlı məqalə dərc edilib.
Həmin məqalədə Türkiyənin silah sənayesinin yüksəlişdə olduğu qeyd olunur.
Müəllif yazır ki, pilotsuz uçuş aparatları (PUA) Türkiyənin sürətlə inkişaf edən müdafiə sənayesinin ən çox satılan məhsuludur. Prezident R.T. Ərdoğanın ölkənin regional gücə çevrilməsi istiqamətində gördüyü işlər müdafiə sənayesinə əlavə təkan verir.
Atatürk Beynəlxalq Hava limanında keçirilən “Texnofest-2021” aviasiya, kosmos və texnologiyalar festivalının dördüncü ilinə toxunan müəllif qeyd edir ki, şagidlər burada özlərinin yaratdıqları PUA-ları sərgiləyiblər.
Türkiyənin “Baykar” şirkətinin istehsal etdiyi “Bayraktar TB2” PUA-larının nümunə olaraq göstərildiyi məqalədə vurğulanır ki, bu silahlar Azərbaycan ordusu tərəfindən keçən ilin payızında Ermənistana qarşı müharibədə uğurla istifadə edildi. Müəllif PUA-ların son dərəcə inkişaf etmiş texnologiya olduğunu bildirir və PUA-ların ağıllı silahlar olduğu zaman döyüş sahəsinə böyük təsir göstərəcəyini qeyd edir.
Bildirilir ki, 2002-ci ildə Türkiyənin müdafiə sənayesi sektorunda cəmi 56 şirkət olsa da, 2020-ci ildə bu rəqəm 1500 olub.
Xarici ölkələr tərəfindən Türkiyə PUA-larına maraq artıb. Azərbaycan, Polşa, Ukrayna, Qətər və Tunis bu PUA-ları alan ölkələrdəndir.
Facebook'da Paylaş