Türkiyənin daha bir şirkəti bulud altında uçan PUA-larını təqdim edib

3-11-2021, 21:37

Türkiyənin daha bir şirkəti bulud altında uçan PUA-larını təqdim edib

Türkiyənin POLSAN və HAVELSAN-ın törəmə şirkəti olan BIOTEKSAN inkişaf etdirdiyi Pilotsuz Uçuş Aparatlarını (PUA) təqdim edib.

Ordum.az xəbər verir ki, “Uçbey” adlı PUA ilk növbədə Türkiyənin daxili ehtiyaclarını ödəmək üçün nəzərdə tutulub.

Oktyabrın 23-də Mardinin Artuklu rayonunun çöl ərazisində zərərsizləşdirilən 2 terrorçu “Uçbey” PUA-sı tərəfindən anında yer ünsürlərinə havadan çəkilmiş görüntülərin ötürülməsindən sonra zərərsizləşdirilib.

Hüquq-mühafizə orqanlarının ehtiyacları üçün hazırlanmış “Uçbey” şaquli qalxma (VTOL) xüsusiyyəti ilə çevik şəkildə istifadə edilə bilər. 3,5 metr qanad açılımı və 22 kq qalxma çəkisi olan “Uçbey” daşıdığı faydalı yüklərlə kəşfiyyat və müşahidə missiyalarında istifadə edilə bilər. PUA elektrik mühərrikləri ilə havada 3 saat qala bilir.




Facebook'da Paylaş