Polşa şirkəti sürü halında hərəkət edən bilən PUA-larını təqdim edib

23-09-2021, 14:59

Polşa şirkəti sürü halında hərəkət edən bilən PUA-larını təqdim edib

Polşanın “WB Group” şirkəti düşmənin çoxtəbəqəli Hava Hücumundan Müdafiə (HHM) sistemlərini məğlub etmək üçün istifadə edilməsi nəzərdə tutulan W2MPIR Pilotsuz Uçuş Aparatları (PUA) kompleksini təqdim edib.

Ordu.az xəbər verir ki, bu barədə “Janes” nəşri yazıb.

Kompleksə şirkətin “FlyEye” və “FT-5 Łoś”taktiki kəşfiyyat PUA-ları, həmçinin “Warmate 1” və “Warmate 2” kamikadze PUA-ları daxildir.

Məlumata görə, bunlar “Topaz” inteqrasiya olunmuş döyüş idarəetmə sistemi (ICMS) tərəfindən idarə olunacaq.




Facebook'da Paylaş